Bolqarıstan Avropa İttifaqının (Aİ) ən bədbəxt ölkəsi kimi tanınıb.

Bunu Avropa Statistika Agentliyi “Eurostat”ın araşdırmasının nəticələri sübut edir.

Bildirilir ki, bolqarlar həyatdan ümumi məmnunluqlarını on bal üzrə 6 baldan az qiymətləndiriblər.Həmçinin, almanlar da həyatdan çox razı deyillər. Onlar isə 6,5 balla qiymətləndiriblər.

Araşdırmaya görə, ən xoşbəxt insanlar Avstriyada yaşayır və onlar məmnunluq səviyyələrini 8 bal olaraq təyin ediblər. Rumıniya, Polşa və Finlandiyada da yüksək göstəricilər qeydə alınıb. Onlar hərəsinə 7,7 bal olaraq ikinci yeri bölüşüblər.

İstinadlar Qafqazinfo