2023-cü ildə Avropa İttifaqının (Aİ) ölkələrində, eləcə də İsveçrə və Norveçdə sığınacaq alınması üçün 1,14 milyon müraciət edilib.

Bu rəqəmlər müharibə şəraitində olan Suriyadan Avropaya böyük qaçqın axınının müşahidə olunduğu 2016-cı ildən bəri rekord göstəricidir.

Əvvəlki illə müqayisədə sığınacaq üçün müraciətlərin ümumi sayı 18 faiz artıb.

Agentlikdən qeyd olunub ki, bu göstərici son 7 ildə ilk dəfə 1 milyon həddini keçib.

Ən çox müraciət Suriya vətəndaşları tərəfindən verilib – 181 min. Bu, bir il əvvəlkindən 38 faiz çoxdur.

İkinci yerdə Əfqanıstandan olan qaçqınlar qalır – 114 min müraciət. 2023-cü ilin sonunda sığınacaq axtaran fələstinlilərin də sayı artıb.

Türkiyə vətəndaşları tərəfindən sığınacaq üçün müraciətlərin sayı da əhəmiyyətli dərəcədə artıb – 101 min. Bu isə 2022-ci illə müqayisədə 82 faiz çoxdur.

İstinadlar Report