Azərbaycanda mina əməliyyatlarına Avropa İttifaqının (Aİ) dəstəyi bu ilki yardımla birlikdə ümumilikdə təxminən 23 milyon avroya çatacaq.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən bildirilib.

“Avropa İttifaqının 2024-25-ci illər üçün Minalardan Təmizləmə üzrə Beynəlxalq Mükəmməllik və Təlim Mərkəzinə səfərbər etmək niyyətində olduğu 10 milyon avro ilə birlikdə Azərbaycanda mina əməliyyatlarına Aİ dəstəyi ümumilikdə təxminən 23 milyon avroya çatacaq”,-deyə məlumatda qeyd olunub.

Bildirilib ki, Aİ Azərbaycanda mina əməliyyatları sahəsində ən böyük beynəlxalq donordur və əhali üçün təbii ehtiyatlara təhlükəsiz çıxışın təmin edilməsinə, həmçinin məcburi köçkünlərin təhlükəsiz, ləyaqətli və könüllü qayıdışı üçün şəraitin yaradılmasına töhfə verir:

İstinadlar Report