
“Əgər İran rejimi bu qədər pisdirsə, onda nüvə bombasının belə bir rejimin əlinə keçməsindən qaçmağa çalışmalıyıq”.
Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel deyib.
“Mən nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının işləməsindən başqa bir yol bilmirəm”, – Aİ rəsmisi qeyd edib.
Eyni zamanda nəşr xəbər verib ki, Almaniya və Fransa İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri – red) Avropa İttifaqında terror təşkilatı kimi təsnif edilməsi ideyasını dəstəkləyir.
“Financial Times” qeyd edib ki, SEPAH-ın bu siyahıya daxil edilməsi çox güman ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının yenilənməsini mümkünsüz edəcək.
Berlin və Paris Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin bu yaxınlarda keçirilən iclasında SEPAH-ın terror təşkilatları siyahısına daxil edilməsini dəstəkləyiblər. Aİ-nin hüquq xidmətinin üç həftə ərzində bu tədbirin qanuniliyi ilə bağlı rəy hazırlayacağı gözlənilir.