
Avropa İttifaqı (Aİ) ticarət müharibəsinin qarşısını almaq məqsədilə ABŞ-dən mayeləşdirilmiş təbii qaz (LNG) alışlarını artırmaq üçün metan emissiyaları üzrə qaydaların tələblərini azaltmaq imkanını nəzərdən keçirir.
Bildirilib ki, ümumiyyətlə emissiyalar ilə bağlı qanunvericiliyi zəiflətməyəcək düzəlişlər ABŞ-dən olan ixracatçılara üstünlük verəcək.
Bundan əlavə, mənbə dəyişikliklərin mahiyyəti barədə şərh verməkdən imtina edib.
İlin əvvəlindən Brüssel neft və qaz idxalçılarından enerji resurslarının alışı ilə bağlı metan emissiyalarının mümkün həcmləri barədə Avropa tənzimləyicilərinə məlumat verməyi tələb edir.