Avropa İttifaqının (Aİ) 27 ölkəsinin liderləri Brüsseldə keçiriləcək qeyri-rəsmi sammitdə Rusiyanın Ukraynaya qarşı müharibəsinə, hibrid və kiber təhdidlərə, həmçinin Yaxın Şərqdəki qeyri-sabitliyə cavab olaraq İttifaqın müdafiəsinin gücləndirilməsi və ona ayrılan xərclərin artırılmasını müzakirə edəcəklər. Bundan əlavə, dövlət və hökumət başçıları prezident Donald Trampın dövründə ABŞ ilə münasibətlərə xüsusi diqqət yetirmək niyyətindədirlər.

Bu barədə ötən gün Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi bildirib.

Aİ-nin qeyri-rəsmi sammitinə NATO-nun baş katibi Mark Rutte və Böyük Britaniyanın Baş naziri Kir Starmer də dəvət olunub.

İstinadlar Report