
Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Brüsseldə keçirilmiş sammitdən sonra İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyaları genişləndirəcəklərini açıqlayıblar. Məhdudiyyətlərin əksəriyyəti dron və raketlərin istehsalı ilə əlaqəlidir.
Bu barədə Aİ liderlərinin birgə bəyanatında bildirilib.