Qlobal istiləşmə hələ də ən vacib problemlərdən biridir, Aİ iqlim dəyişikliyi ilə mübarizə üçün tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək.

Bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen deyib.

“Avropa bu yolda qalacaq və təbiəti qorumaq və qlobal istiləşməni dayandırmaq istəyən bütün millətlərlə işləməyə davam edəcək”, – o, Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.

Fon der Lyayen ehtimal edib ki, növbəti illərdə bütün ölkələr sıfır emissiyaya keçidi sürətləndirməli, həmçinin iqlim dəyişikliyinin nəticələri ilə mübarizə aparmalıdır.

İstinadlar Report