Estoniya Ukraynaya hərbi yardım etdiyi üçün təzminat kimi Avropa İttifaqından (Aİ) daha 21 milyon avro alacaq.

Bu barədə Estoniya Müdafiə Nazirliyinin nümayəndəsi Tomas Mell bildirib.

“Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ukraynaya hərbi dəstək üçün ümumilikdə 3,1 milyard avro dəyərində 6 yardım paketinin ayrılmasını təsdiqləyib. İndiki dövrə olan məlumata əsasən, Estoniyaya 156 milyon avro qaytarılacaq”, – o deyib.

İstinadlar Report