Avropa İttifaqı (Aİ) ölkələrinin əhalisi 2024-cü il yanvarın 1-nə olan məlumata görə, 449,2 milyon nəfər olub.

Bu barədə Aİ-nin statistika idarəsi (Eurostat) məlumat yayıb.

Bir il əvvəl əhalinin sayının 447,6 milyon nəfər olduğunu qeyd edən idarə ardıcıl ikinci ildir artım olduğunu vurğulayıb. “COVID-19 pandemiyasının nəticələri ilə əlaqədar əvvəlki iki ildəki azalmadan sonra ardıcıl ikinci il artım qeydə alınıb. 2020-ci ildə əhalinin sayı təxminən 0,5 milyon nəfər, 2021-ci ildə isə təxminən 0,3 milyon nəfər azalmışdı”, – “Eurostat”dan bildirilib.

Qeyd olunur ki, son dövrlərdə əhalinin artımı əsasən miqrasiya axınlarının artması ilə bağlıdır: “Əhalinin təbii azalması (doğulanlardan çox ölüm hallarının olması) müsbət xalis miqrasiya ilə kompensasiya edilib”.

Statistikaya görə, Almaniya, Fransa və İtaliyanın əhalisi birlikdə 2024-cü il yanvarın 1-nə Aİ-nin ümumi əhalisinin demək olar yarısını – 47 faizini təşkil edib.

İstinadlar Report