Avropa İttifaqına (Aİ) üzv ölkələrin koronavirusa qarşı peyvəndə olan tələbatı ödənilməyincə yerli istehsal olan belə dərmanların kənara axını nəzarətə götürüləcək.

Bu barədə Aİ-dəki mənbə bildirib.

“Avropa Komissiyası Aİ ərazisində istehsal olunan peyvəndin qeyri-üzv ölkələrinə tədarük hallarının siyahısını tərtib etmək niyyətindədir. Yeni qayda yaxın günlərdə qüvvəyə minəcək və ən azı rübün sonunadək qüvvədə olacaq”, – deyə mənbə qeyd edir.

Bununla belə humanitar məqsədlər üçün dərman tədarükü üçün lisenziyalar müntəzəm veriləcək.

İstinadlar Report