Avropa İttifaqı daşqınlardan zərər çəkmiş Mərkəzi Avropa ölkələrində infrastrukturun bərpası üçün 10 milyard avro ayıracaq.
Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
“Birlik Fondundan mümkün qədər tez bir zamanda daşqınlardan zərər çəkmiş ölkələr üçün 10 milyard avro istifadə oluna biləcəyini müzakirə etdik”, – AK rəhbəri bildirib.
“Boris” siklonu son günlər Avropaya çatıb və özü ilə birlikdə böyük miqdarda yağış da gətirib. Alp dağlarında yağan yağışlar səbəbindən bir sıra çaylarda, o cümlədən Dunayda suyun səviyyəsi qalxıb. Daşqınların nəticələrini Avstriya, Macarıstan, Polşa, Rumıniya və Slovakiya sakinləri hiss ediblər.
Təbii fəlakət nəticəsində 22 nəfər ölüb.