
“Azərbaycanla Ermənistan arasında nəticə yönümlü danışıqlar vacibdir”.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar noyabrın 26-da Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.
T. Klaar bölgədə sülh və sabitliyin bərqərar olması, kommunikasiyaların açılması istiqamətində Avropa İttifaqının səyləri davam etdirmək niyyətində olduğunu bildirib.