
“Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük potensialı var və Avropa İttifaqı (Aİ) bu məsələdə ölkəyə bundan sonra da dəstək verməyə hazırdır”.
Bunu Aİ-nin Azərbaycandakı Ofisinin nümayəndəsi Viktor Boşkov Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində Milli Forumda çıxışı zamanı deyib..