Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ilə vizasız rejimin fəaliyyət göstərdiyi ölkələrdən sığınacaq axtaranların sayının artması ilə əlaqədar ayrı dövlətlər üçün vizasız rejimi dayandıra bilər.

Bunu Aİ-nin miqrasiya və daxili işlər üzrə komissarı Dimitris Avramopulos deyib.

“Vətəndaşları Avropa İttifaqına vizasız giriş hüququ olan dövlətlərə mesajımız aydındır: bu üstünlüyü qorumaq sizin öhdənizə düşür”, – deyə “Deutsche Welle” Avropa komissarının sözlərini sitat gətirib.

O bildirib ki, əks tədbirlər Qərbi Balkan və Latın Amerikası ölkələrinə aid ola bilər.

İstinadlar Report