Avropa İttifaqı (Aİ) Şurası avtomobillərin karbon emissiyalarının azaldılması üzrə yeni Aİ hədəflərini təsdiqləyib: 2030-2034-cü illərdə yeni minik avtomobillərinin karbon emissiyaları 2021-ci ilə nisbətən 55%, 2035-ci ildə isə 100% azalmalıdır.

Bu barədə Aİ Şurasının dərc olunmuş qərarında deyilir.

“Aİ Şurası yeni avtomobillər və mikroavtobuslar üçün daha sərt karbon emissiyası standartları haqqında qaydanı təsdiqləyib. Yeni qayda bütün nəqliyyat növləri arasında emissiyaların ən yüksək nisbətini təşkil edən avtomobil nəqliyyatı emissiyalarını azaltmağa yönəlib. Bu, həm də yenilikçi yanaşma təqdim etməklə sıfır emissiyalı avtomobil sənayesi üçün də təkan verəcək”, – sənəddə deyilir.

İstinadlar Report