
“Zəngəzur dəhlizinin açılması regionun hərtərəfli inkişafı üçün zəruridir”.
Bunu “Report”a açıqlamasında Türkiyənin Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) direktoru Ahmet Uysal deyib.
O bildirib ki, bu dəhliz təkcə Azərbaycan və Türkiyə üçün deyil, həm də Mərkəzi Asiya ölkələri üçün də yeni imkanlar açır: “Bu, həm də Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin möhkəmlənməsinə kömək edəcək”.