
Ağsu rayonunda zəlzələ baş verib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Kürdəmir stansiyasından 17 km şərqdə, yerli vaxtla saat 07:59-da qeydə alınan zəlzələnin ocağı 41 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 3.4 bərabər olan zəlzələ hiss olunmayıb.