Ağsu rayonunda qohumunun evindən oğurluq edən şəxs tutulub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən yaşadığı ünvandan ümumi dəyəri 5 min manata yaxın olan müxtəlif məişət əşyalarının, tikinti materiallarının və avtomobilin ehtiyyat hissələrinin naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.

Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qardaşlar Roman və Ceyhun Kərimovlar, eləcə də zərərçəkmişin qardaşı oğlu Ceyhun Səlimov saxlanılıb.

Onlar əməllərini etiraf ediblər və cinayət yolu ilə əldə etdikləri əşyaları dəfələrlə aşağı qiymətə satdıqlarını bildiriblər.Oğurladıqlarının bir qismi isə həmin şəxslərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

İstinadlar Report