Ağsunun Gəgəli kəndi istiqamətində başlanan yanğın Şamaxıya yaxınlaşıb.

Bu haqda Şamaxı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Əliyev məlumat verib.

Onun sözlərinə görə, yanğın hələ ki, Şamaxı rayonuna keçməyib: “Yanğının tüstüsü, dumanı görünür, lakin Şamaxıya çatmayıb. Hazırda ərazidə yanğınsöndürənlər alovun söndürülməsi istiqamətində iş görürlər. Hələ ki, yanğının bura keçmə ehtimalı yoxdur”.

Qeyd edək ki, Ağsunun Gəgəli kəndinin şimal-qərb tərəfində yüksək dağlıq ərazidə yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və kənd camaatının köməyi ilə yanğının meşəyə keçməsinin qarşısını alınır.