Ağsuda qətl törətməkdə təqsirləndirilən Asif Manafovun məhkəməsi başlayır.

Cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Nahid Mirzəyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 15-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2017-ci ilin yanvarında Ağsu rayonun Qaraqaşlı kənd qəbiristanlığında qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü A.Manafov yaxın münasibətlərdə olduğu Ayşən Qəhrəmanova ilə aralarında yaranmış mübahisənin gedişində bıçaqla xəsarət yetirməklə onu öldürüb, daha sonra saat axşam saatlarında meyiti götürüb Baş Şirvan kanalına yaxın ərazidə basdırıb.

İstinadlar Report