
Ağstafa rayonu Qaçaq Kərəm kənd orta məktəbinə elektrik enerjisinin verilməsi artıq neçə gündür dayandırılıb.
Bunun məktəbin transformatorunda yaranmış nasazlıqla əlaqədar olduğu açıqlanıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən “Report”un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bir neçə gün bundan əvvəl ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti və intensiv yağıntılar nəticəsində elektrik xətlərində nasazlıq yarandığı üçün təhsil müəssisəsinin transformator qurğusu sıradan çıxıb:
“Nasazlığın aradan qaldırılması üçün aidiyyəti üzrə müraciət edilib. Yaxın günlərdə məsələnin həll edilməsi üçün müvafiq tədbirlər görülür”, – açıqlamada qeyd olunub.