Ağstafada iribuynuzlu heyvanın magistral yola çıxması yol-nəqliyyat hadisəsi ilə nəticələnib.

Hadisə Saloğlu qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili qarşısına çıxan iribuynuzlu heyvanı vurub.

Hadisə nəticəsində avtomobildə olan bir ailənin üç üzvü – 1984-cü il təvəllüdlü Ş.Şuşanidze, 1963-cü il təvəllüdlü M.Ukavadze və 1967-ci il təvəllüdlü F.Ələsgərova xəsarət alıblar.

Yaralılar xəstəxanaya aparılıblar.

Avtomobilin sürücüsü və daha bir sərnişin isə xəstəxanaya getməkdən imtina ediblər.

İstinadlar Report