Ağstafada bədbəxt hadisə baş verib.

Hadisə rayonun Xətai kəndində baş verib.

Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Hidayət Tanrıverdiyev yaşadığı evdə elektrik naqillərini düzəldən zaman onu tok vurub.

60 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Qafqazinfo