Avtonom iş vaxtı əksər müasir smartfonların zəif cəhətlərindən biridir. Qurğulara daim “Bluetooth” vasitəsilə məlumat mübadiləsi edən “ağıllı” saatlar qoşulduqda isə avtonomluq daha tez azalmağa başlayır. Lakin bunu smartfona qoşulmayan, daxil olan bildirişlər barədə məlumat verməyən və istifadəçinin fiziki aktivliyini izləməyən yeni “Uvolt” “ağıllı” saatına şamil etmək olmaz. Bunun əvəzinə “ağıllı” saat fövqəladə vəziyyətdə smartfonu enerji ilə doldura bilir.

“Uvolt”da quraşdırılan adi saat mexanizmi funksiyalardan biri kimi saatı göstərir. İkinci funksiya yuxarıda qeyd edildiyi kimi, smartfonu enerji ilə doldurmaqdır. Saatın böyük kvadrat formada olması daxildə akkumulyatorlu blokun quraşdırılması ilə izah olunur ki, onu da lazım olduqda saatı biləkdən açmadan çıxarmaq mümkündür. Akkumulyator “Lightning”, “USB Type-C” və “microUSB” çıxışlarına qoşulmaq üçün quraşdırılmış kabelə malikdir. Smartfon simsiz enerjidoldurmanı dəstəklədikdə isə onu sadəcə arxa qapağa yaxınlaşdırmaq lazımdır.

“Uvolt” saatında çıxarılabilən akkumulyatorun tutumu 600 milliamper/saat təşkil edir ki, bu da smartfonun enerjisi bitəndə əlaqə saxlamağa imkan verir. Ən maraqlısı odur ki, akkumulyatoru enerji ilə doldurmağa ehtiyac yoxdur. Belə ki, “ağıllı” saat bilərziyi bir neçə akkumulyator blokundan ibarətdir. Bu səbəbdən əsas akkumulyator təkrar saata quraşdırılan zaman o, enerji toplamağa başlayır. “Uvolt” siferblatı mahiyyət etibarilə saatda bütün akkumulyatorları tədricən enerji ilə dolduran günəş batareyasıdır.

Oxumağa dəyər:   Birinci sinfə qəbulun vaxtı uzadıldı

“Uvolt” saatını 119 dollara “Kickstarter” saytında sifariş etmək mümkündür.

İstinadlar ict news