“Canalys” tədqiqat şirkətinin analitikləri yaxın illərdə “ağıllı” qurğuların tədarük həcminin yüksək artımını proqnozlaşdırırlar. Mütəxəssislər “ağıllı” qurğular kateqoriyasına smartfon, masaüstü fərdi kompüter, noutbuk, planşet, daşınan qurğular, “ağıllı” kolonka və qulaqlıqları aid edirlər.

Qiymətləndirmələrə görə, 2023-cü ildə yuxarıda sadalanan elektronika növlərinin tədarük həcmi 3 milyardı ötməlidir. 2019-cu ildə bu göstərici 2,4 milyard olub.

Mütəxəssislər smartfonları bazarın ən vacib seqmenti adlandırırlar. 2023-cü ildə smartfonların tədarük həcmi 1,5 milyard səviyyəsində (smart qurğuların tədarük həcminin 50%-i) gözlənilir.

Analitiklər “ağıllı” qulaqlıqları ən perspektiv kateqoriya adlandırırlar. 2020-ci ildə “Bluetooth” qulaqlıqlar və tamamilə simsiz qarniturlar daxil olmaqla bu cür səs aksesuarlarının tədarükü 32,1% artaraq 490 milyona yaxınlaşmalıdır. 2023-cü ildə bu göstərici 726 milyon təşkil edəcək.

“Ağıllı” kolonkalar artım tempinə görə ikinci yeri tutacaq. 2020-ci ildə onların tədarük həcmi 150 milyon səviyyəsində proqnozlaşdırılır ki, bu da ötənilki göstəricidən 21,7% çoxdur. 3 il sonra bu göstərici 194 milyon təşkil etməlidir.

Oxumağa dəyər:   "Huawei" şirkəti "5G"-ni dəstəkləyən qatlanan smartfonunu təqdim edib

Planşetlər kateqoriyasında zəif dinamika gözlənilir: artım tempi mənfi olacaq, 2023-cü ildə tədarük 115 milyon səviyyəsində proqnozlaşdırılır.

“Canalys” şirkətinin analitiklərinin proqnozuna görə, baxılan dövrün sonunda masaüstü kompüter və noutbukların tədarükü 249 milyon səviyyəsində gözlənilir.

Emil Hüseynov

İstinadlar ict news