Ağdaş rayonunda polis əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat nəticəsində doqquz nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, əməliyyat zamanı doqquz nəfər – rayon sakinləri – Anar Abdullayev, Niyazi İsmayılov, Nicat Məmmədov, Vüqar Kərimov, Qadir Qədirov, Pərviz Rəhimov, Gəray Əliyev, Tural Muradov və Sakit Baxışov saxlanılıblar. Onlardan 3 kiloqrama yaxın marixuana aşkar olunub.