Ağdaşda dördotaqlı ev yanıb.

Hadisə zamanı ev sahibi xəsarət alıb.

Yanğın rayonun Abad kənd sakini 1952-ci il təvəllüdlü Cabbarova Məhbubə Qasım qızına məxsus dördotaqlı evdə baş verib.

Hadisə yerinə Ağdaş rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 120 k/m olan 4 otaqlı kürsülü yaşayış evi içərisində olan əşyalarla birlikdə tamamilə yanıb, ev sahibi Cabbarova Məhbubə Qasım qızı yüngül xəsarət alıb.

Mübariz Muradov

İstinadlar Qafqazinfo