Ağdaş Rayon Polis Şöbəsinə şəhər ərazisindən silah-sursat tapılması barədə məlumat daxil olub.

Bu barədə “Report” Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, şöbə əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd “AKM” markalı avtomat, həmin silaha aid daraq və 7 ədəd patron aşkarlanaraq götürülüb.

İstinadlar Report