
Bu gün saat 01 radələrində Ağdaşda bıçaqlanma hadisəsi qeydə alınıb.
Bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, 1968-ci il təvəllüdlü Hacıyev Araz Mahir oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlimat veriləcək.