Ağdam rayonunda vəzifəli şəxs minaya düşüb.

Ağdam rayon Mexaniki Suvarma İdarəsinin rəisi Hafis Əzimzadə minaya düşüb.

Hadisə rayonun Novruzlu kəndində baş verib. H.Əzimzadə piyada əleyhinə minaya düşərək xəsarət alıb. Onun bir ayağının amputasiya olunacağı bildirilir.