
Bu gün İkinci Baharlı qəsəbəsində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev Vətən müharibəsi iştirakçısı, antiterror əməliyyatı zamanı şəhid olan Qarayev Elmin Rafət oğlunun övladının doğum günündə onun ailəsini ziyarət edib, onların qayğıları və problemləri ilə maraqlanıb.
Tarixi ədalətin Azərbaycanın gücü və dəmir iradəsi ilə bərpa olunduğunu diqqətə çatdıran RİH başçısı bizlərə qalibiyyət sevinci yaşatmış şəhidlərimizin əziz xatirələrinin hər zaman ehtiram və minnətdarlıqla anılacağını, onların qəhrəmanlıq mirasının gələcək nəsillər üçün nümunə olduğunu vurğulayıb.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.
Qeyd edək ki, Elmin Qarayev 44 günlük Vətən müharibəsi iştirakçısı olub, döyüşdə fərqləndiyinə görə ölkə prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları, antiterror əməliyyatlarından sonra isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni (ölümündən sonra) ilə təltif olunub. Elmin Qarayev 19 sentyabr 2023-cü il tarixdə antiterror əməliyyatı zamanı Ağdərə istiqamətində gədən döyüşlərdə şəhid olub