
Ağdamda artezian quyularını elektrik enerjisi ilə təmin edən 360 metr uzunluğunda kabel oğurlanıb.
“Report” un Qarabağ Bürosuna, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan Yusif Məmmədov saxlanılıb.