Dünən axşam saat 20:30 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran 1983-cü Quliyev Arif Sabir oğlu minaya düşüb.

Məlumata görə, minanın partlaması nəticəsində onun sol ayağı amputasiya edilib. 

A.Quliyev Ağcabədi rayon xəstəxanasına yerləşdirilib, hazırda həkimlərin nəzarəti altındadır. 

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumatı təsdiqləyib. 

E. Zahidov bildirib ki, vətəndaşlar bütün bu halları nəzərə alaraq icazəsiz, nəzarət postlarından kənar yollarla işğaldan azad edilən, lakin minalardan tam təmizlənməmiş ərazilərə getməməlidirlər: “Belə olan halda bu cür faciəvi hallarla qarşılaşa bilərlər”.