Ötən gecə Ağdam rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Saat 21 radələrində Bərdə-Ağcabədi yolunun Quzanlı qəsəbəsindən keçən hissəsində Qarayev Fərzalı Mirzalı oğlu ” Mercedes”  markalı avtomobillə Verdiyev Asəf Qamboy oğlunu vurub. Piyada hadisə yerində vəfat edib.

Faktla bağlı Ağdam RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

İstinadlar Qafqazinfo