Ağdamda ağır yol qəzası baş verib.

Hadisə ötən gün rayonun işğaldan azad olunmuş Uzundərə adlanan ərazidə olub. Yüksək sürətlə hərəkətdə olan “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq işıqlandırma dirəyinə çırpılıb. Sürücü müxtəlif xəsarətlər alıb və xəstəxanaya təhvil verilib.

Xəsarət alan şəxsin hərbçi olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

İstinadlar Qafqazinfo