27 ildən sonra Ermənistanın işğalından azad edilmiş Ağdam rayonunun Cümə məscidi də elektriklə təchiz olunub.

Bu barədə millət vəkili Qənirə Paşayeva feysbuk səhifəsində paylaşım edib. 

O, fotoya “27 il sonra Ağdam məscidi. Sənə şükürlər olsun Allahım!” sözlərini əlavə edib. 

Qeyd edək ki, ötən həftə Şuşa şəhərindəki Gövhər Ağa məscidinin də işıqlandırılması baş tutumuşdu.

İstinadlar Qafqazinfo