Ağcabədi rayonunda Aşağı Avşar kəndi ərazisində su kanalının kənarından silah-sursat aşkarlanıb.

DİN Mətbuat Xidməti Bərdə regional qrupundan “Report”un Qarabağ bürosuna verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əraziyə keçirilən baxış zamanı 1 ədəd “Kalaşnikov” avtomatı, 25 ədəd patron və həmin silaha məxsus daraq götürülüb.

İstinadlar Report