Ağcabədi rayonunda kişi arvadını bıçaqlayıb.

“Report”un əldə etdyi məlumata görə, hadisə sentyabrın 2-də rayon ərazisində yerləşən
“Bakı” çay evinin qarşısında qeydə alınıb.

Belə ki, Qənbərov Şükür Eldəniz oğlu ilə qeyri-rəsmi nikah münasibətlərində olduğu
Laçın rayon sakini, 1997-ci il təvəllüdlü İbrahimova Sücayət Məcid qızının qısqanclıq zəminində aralarında münaqişə yaranıb. Daha sonra o, üzərində gəzdirdiyi mətbəx bıçağı ilə S.İbrahimovanın bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiirlib.

İstinadlar Report