
Zəngilan rayonunun Ağalı kəndində artıq doğulduğu gündən burada böyüyəcək 6 körpə var. Onlar ilk addımlarını Ağalıda atacaq, ilk sözlərini bu kənddə deyəcək və böyüyəcəklər.
Ağalı Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Ceyran Abbasova “AzVision-az”a açıqlamasında bildirib ki, Ağalının körpə sakinlərindən 2-si qız, 4-ü oğlandır:
“Ağalıda xəstəxana olmadığı üçün körpələrdən 2-si Beyləqan rayon Mərkəzi Xəstəxanasında, digərləri Bakı şəhərində dünyaya gəliblər. Hamısı indi Ağalı kəndində böyüyür. Onlardan biri də mənim balaca qızım Rüqəyyadır”.
Ağalının 6 körpəsinin şəkillərini təqdim edirik:
Ağalının ilk körpə sakini Fidan
2-ci doğulan körpə Uğur
3-cü körpə Turan
4-cü körpə Aqil
5-ci körpə Rüqəyya
6-cı körpə Rəvan