Oğuz rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Rayon sakini 1988-ci il təvəllüdlü Bayramov Fuad Valeh oğlu koma vəziyyətində xəstəxanaya çatdırılıb. Lakin az sonra o vəfat edib.

İlkin araşdırmalardan sonra F.Bayramovun Tayıflı kəndində meşə zolağında üzərinə ağac aşması nəticəsində ölməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Qafqazinfo