ABŞ-ın paytaxtı Vaşinqton şəhərində, Ağ Evin qarşısında İran əleyhinə aksiya keçirilib.

Ağ Evin qarşısında toplaşan İran, Azərbaycan və Türkiyədən olan bir qrup şəxs İranda baş verən hadisələrə qarşı etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçıları İran rejmi əleyhinə “Azadlıq”, “Ədalət”, “Milli Hökumət”, “Güney Azərbaycan İran deyil” şüarları səsləndiriblər.

Daha sonra İran hakimiyyətinin insanlığa, dinə və əxlaqa sığmayan əməllərdən çəkinməsini və qonşu ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmasını tələb edən qətnamə oxunub.

Aksiyada eyni zamanda İran hüquq mühafizə orqanları tərəfindən qətlə yetirilən şəxlərin şəkilləri nümayiş olunub və nümayişlərdə həbs olunan gənclərin azad olunması tələb olunub.

İki saat davam edən aksiya insidentsiz başa çatıb.

Qeyd edək ki, İranda etirazlarda 462 nəfər həlak olub. Bildirilib ki, ölənlərin 64-nün yaşı 18-dən az olan şəxslərdir.

İstinadlar Report