ABŞ hökumətinin İsrailin fələstinlilərə qarşı hücumlarını qınamaqdan çəkinməsi müzakirələrə səbəb olub.

Ağ Evin sözçüsü Jen Psaki açıqlama verərək sadəcə Şərqi Qüdsdəki şiddətdən narahat olduqlarını və hadisələri yaxından izlədiklərini bildirib.

Şərqi Qüdsü İsrail adlandıran Psaki “İsraildə davam edən şiddəti yaxından izləyirik. Son zamanlarda gördüyümüz şiddətli qarşıdurmalar da daxil olmaqla bölgədəki vəziyyətdən narahatlıq duyuruq”,- deyə vurğulayıb.

Amerikalı rəsminin sözügedən bəyanatı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

İstinadlar Qafqazinfo