Vatikanda ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan söhbət məhsuldar olub.

Bunu Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çunq deyib.

Qeyd edək ki, bu günü Tramp Zelenski ilə görüşüb. KİV-lər Vatikandakı Müqəddəs Pyotr kilsəsində iki nəfərin qarşı-qarşıya oturduğunu əks etdirən fotoşəkillər dərc edib.

Bəzi fotoşəkillərdə Fransa Prezidenti Emmanuel Makron və İngiltərənin Baş naziri Kir Starmerin də görüş yerində olduğu görünür.

İstinadlar Report