“Ukraynadakı münaqişənin nizamlanmasının vaxtı hələ çatmayb”

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “Fox News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski qələbənin hansı şərtlərlə müəyyən olunacağına qərar verə bilər.

“Biz onun döyüş meydanında, danışıqlar masasında uğur qazanacağına əmin olmağa davam edəcəyik. Amma hətta prezident Zelenski də sizə deyəcək ki, indi bu müzakirələrin vaxtı deyil”.

İstinadlar Report