“ABŞ-ın Meksika ilə sərhədində fövqəladə vəziyyət tətbiq edilsə, Prezident Donald Tramp çoxdandır israr etdiyi divarı inşa etmək üçün 8 milyard dollar vəsaiti əldə edə biləcək”.

Bunu Ağ Evin Aparat rəhbəri əvəzi Mik Malveyni bildirib.

“Prezident cənub sərhədini gücləndirmək üçün istifadə edilə biləcək, təqribən 8 milyard dollara çıxış əldə edəcək… Bunun divar inşası üçün kifayət edəcək vəsait olduğunu düşünürük”, – deyə brifinq zamanı Ağ Ev rəsmisi bildirib.

İstinadlar Report