ABŞ Prezidenti Donald Tramp Oman sultanı Heysəm bin Tarek Əl Səidlə telefon danışığında İranla dialoqa hazır olduğunu bildirib.

Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

“Əlbəttə, İrana qarşı maksimum təzyiq kampaniyası davam edib. Lakin bildiyiniz kimi, prezident İranla dialoq və məsləhətləşmələr görmək istədiyini açıq şəkildə bildirib. Eyni zamanda İranın heç vaxt nüvə silahı əldə edə bilməyəcəyini açıqlayıb. Prezident bu danışıqların asanlaşdırılmasına kömək edən Oman Sultanı ilə danışıb”, – o bildirib.

İstinadlar Report