“Rusiya Ukrayna Silahlı Qüvvələri üçün Qərb tanklarının tədarükünə baxmayaraq, Ukraynada nüvə silahından istifadə etmək niyyətində deyil”.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Sadəcə sizə deyərdim ki, bizdə Rusiya prezidenti Vladimir Putinin kütləvi qırğın silahlarından, xüsusilə nüvə silahları, istər taktiki, istərsə də başqa cür istifadə etmək niyyətində olduğuna dair heç bir əlamət yoxdur”- deyə, o bildirib.

İstinadlar Report