“Hazırda zaman Ukraynanın əleyhinə işləyir”.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O bildirib ki, Ukraynanın əks-hücum əməliyyatlarını davam etdirmək üçün 6-8 həftə vaxtı var: “Sonra əlverişsiz hava şəraiti yaranacaq. Hazırda zaman bizim dostumuz deyil”.

C.Kirbinin sözlərinə görə, əks-hücum əməliyyatı hətta Ukraynanın da istədiyi səviyyədə getmədi.

Ağ Ev rəsminin fikrincə, hazırda döyüşlər 2 əsas istiqamətdə gedir: “Bunlardan biri Donbas, digəri isə Zaporojye istiqamətləridir”.

C.Kirbi onu da əlavə edib ki, Ukraynaya yardımdan imtina etmək xeyirli olmayacaq.

İstinadlar Report