ABŞ prezidenti Donald Tramp ölkənin müdafiə naziri vəzifələrini icra edən Mark Esperin namizədliyini sözügedən posta daimi əsasda təyin olunması üçün irəli sürüb.

Bu barədə Ağ evin mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumatda deyilir.

“Virciniya ştatından olan Mark Esperin namizədliyinin müdafiə naziri vəzifəsinə irəli sürülməsi barədə xəbərdarlıq Senata göndərilib”, – deyə sənəddə bildirilir.

İstinadlar Report